Kamilo Duran Kolumbiya millisinə çağırıldı

“Qarabağ” klubunun 24 yaşlı hücumçusu Kamilo Duran ilk dəfə Kolumbiya milli komandasına dəvət alıb. O, Xorvatiya və Fransa ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.

“Qarabağ” klubunun hücumçusu Kamilo Duran ilk dəfə Kolumbiya milli komandasına dəvət alıb. 24 yaşlı futbolçu mart ayında keçiriləcək yoldaşlıq oyunları üçün yığmaya çağırılıb.

Milli komandaya indiyədək dəvət olunmayan Duran bu mövsüm “Qarabağ”ın heyətində göstərdiyi uğurlu çıxışdan sonra Kolumbiya yığmasının diqqətini cəlb edib. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra isə Fransa millisi ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-ın Orlando şəhərində keçiriləcək.

Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin avqust ayında “Qarabağ” klubuna transfer olunub.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.