İsveçrənin Nyon şəhərində 2025/26 mövsümü üzrə UEFA Avropa Liqasının 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi baş tutub.
Bakı vaxtı ilə 16:00-da başlayan mərasimdə liqa mərhələsinin ilk səkkizliyi ilə pley-off mərhələsinin qalibləri qarşıdakı raundlarda üz-üzə gələcək rəqiblərini öyrəniblər. Püşkatma UEFA-nın rəsmi platformalarında canlı yayımlanıb və turnirin final mərhələsinə gedən yolun tam turnir cədvəli formalaşıb.
Püşkatmanın nəticələri belədir:
Ferentsvaroş (Macarıstan) – Braqa (Portuqaliya)
Genk (Belçika) – Frayburq (Almaniya)
Ştutqart (Almaniya) – Porto (Portuqaliya)
Bolonya (İtaliya) – Roma (İtaliya)
Panatinaikos (Yunanıstan) – Real Betis (İspaniya)
Selta (İspaniya) – Olimpik Lyon (Fransa)
Nottingem Forest (İngiltərə) – Midtyullend (Danimarka)
Lill (Fransa) – Aston Villa (İngiltərə)