Cənubi Afrika Respublikası, dünya siyasətində nadir görülən bir sistemə malikdir: ölkənin üç ayrı paytaxtı var və hər biri fərqli funksiyaya sahibdir.
Pretoria inzibati paytaxtdır,Prezidentin sarayı, nazirliklər və dövlət qurumlarına ev sahibliyi edir. Keyp Taun qanunverici paytaxtdır, burada ölkənin parlamenti yerləşir. Bloemfontein isə ədalət paytaxtıdır, ölkənin ali instansiya məhkəməsi burada fəaliyyət göstərir.
Ölkənin ən böyük və iqtisadi baxımdan ən güclü şəhəri Yohannesburq isə paytaxt deyil, necə ki, İstanbul Türkiyənin ən böyük şəhəri olmasına baxmayaraq, paytaxt deyil. Yohannesburqda Konstitusiya Məhkəməsi yerləşir. Bu bölünmə, ölkədə siyasi gücün coğrafi olaraq balanslı paylandığını göstərir.
CAR 1910-cu ildə fərqli koloniyaların birləşməsi ilə yaranıb. O dövrdə tək bir paytaxtın olması məsələsində razılığa gəlmək mümkün deyildi. İngilislər, burlar və afrikalılar arasındakı mənafe balansını qorumaq üçün iqtidar müxtəlif şəhərlərə bölünmüşdü.
Bundan əlavə, ölkədə 12 rəsmi dil mövcuddur. Bu dil müxtəlifliyi, CAR-ın çoxmədəniyyətli və vahid bir dövlət olduğunu simvolizə edir.
Bu unikal sistem, CAR-ın həm tarixini, həm də bugünkü siyasi strukturunu anlamaq üçün önəmli nüansları ortaya qoyur.