Tarixdə geniş qəbul edilən fikrə görə, dünyada ilk insan sivilizasiyası indiki İraq ərazisində mövcud olmuş Şumerdə təşəkkül tapıb, lakin XX əsrin əvvəllərində İraqda, Tel əl-Ubaid adlı arxeoloji sahədə aparılan qazıntılar zamanı aşkar olunan 7 min illik insanabənzər kərtənkələ fiqurları arxeologiya aləmini heyrətləndirmiş və bir çox suallar doğurmuşdur.
Ubaid mədəniyyəti eramızdan əvvəl 5500-4000-ci illər arasında Mesopotamiyada mövcud olmuşdur. Onların mənşəyi məlum olmasa da, Ubaid xalqı iri kənd məskənlərində çiy kərpicdən tikilmiş evlərdə yaşamış, memarlıq, əkinçilik və suvarma texnologiyalarını inkişaf etdirmişdir. Məişət memarlığına “T” formalı evlər, açıq həyətlər, asfalt döşənmiş küçələr və qida emalı avadanlıqları daxil idi. Bəzi kəndlər şəhərlərə çevrilərək Eridu, Ur və Uruk kimi monumental mərkəzlərə çevrilmişdi.
Ən qeyri-adi artefaktların tapıldığı yer Tell Əl’Ubaiddir. Sahə yarım kilometr diametrində və təxminən iki metr hündürlüyündə kiçik bir kurqandır. 1919-cu ildə Harri Reginald Hall tərəfindən aparılan qazıntılarda kişi və qadın heykəlcikləri müxtəlif duruşlarda aşkar olunub. Heykəlciklərin bir qismi dəbilqə taxır, çiyinlərində yastıq var, bəziləri əsa tutur, qadın fiqurları isə süd əmizdirən uşaqları göstərir; uşaq isə kərtənkələ tipli təsvir edilib.
Heykəlciklərin uzun başlı, badam formalı gözlü, daralmış üzlü və kərtənkələ tipli burunları vardır. Onların nəyi təmsil etdiyi hələlik tam məlum deyil. Arxeoloqların fikrincə, duruşları ritual obyekt olduğunu göstərməyə yetərli deyil. Lakin görünür ki, qədim Ubaid xalqı üçün bu fiqurlar vacib idi. İlkin ehtimallara görə, ilan simvolu kimi kərtənkələ təsvirləri də bəlkə qədim din və inanclarla bağlı olmuşdur, lakin bu suallar hələ cavabsızdır.