Tunis Qəzzaya yardım flotiliyası ilə bağlı fəalları saxladı

Tunis hakimiyyəti Qəzzaya humanitar yardım aparmağı planlaşdıran flotiliya ilə əlaqəli fəalları saxlayıb və toplanan ianələrlə bağlı maliyyə araşdırması başladıb.

48

Tunis hakimiyyəti Qəzzaya humanitar yardım aparmağı planlaşdıran flotiliya ilə əlaqəli fəalları saxlayıb və toplanan ianələrlə bağlı maliyyə araşdırması başladıb.

MSNews.az xəbər verir ki, Tunis hakimiyyəti Qəzza zolağına humanitar yardım aparmağı planlaşdıran flotiliya ilə əlaqəli bir sıra fələstinpərəst fəalları saxlayıb və planlaşdırılan tədbirin keçirilməsini qadağan edib.

Məlumata görə, Tunis hüquq-mühafizə orqanları aksiyanın təşkilində iştirak edən şəxslərlə bağlı araşdırmaya başlayıb. Eyni zamanda flotiliyanın təşkili üçün ianə kimi toplanmış vəsaitlərlə bağlı maliyyə yoxlamasının aparıldığı bildirilir.

Qəzzaya humanitar yardım çatdırmağı nəzərdə tutan missiyada 1000-dən çox fəalın iştirak etməsi planlaşdırılırdı. Layihə çərçivəsində İspaniya, Tunis və İtaliyadan olan gəmilərin də flotiliyaya qoşulacağı gözlənilirdi.

Təşəbbüsün əsas məqsədinin Qəzza zolağına humanitar yardım çatdırmaq və İsrailin bölgəyə tətbiq etdiyi məhdudiyyətlərə etiraz etmək olduğu qeyd olunur.

Hadisənin regionda davam edən gərginlik fonunda baş verdiyi bildirilir. Tunis hakimiyyətinin qərarı isə flotiliyanın təşkilatçıları ilə hökumət arasında mübahisələrə səbəb olub.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930