Tramp, Zelenski və Makron G7 görüşünə qatıldı

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində görüşə qatılıblar.

12

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron G7 sammiti çərçivəsində keçirilən görüşə qatılıblar.

MSNews.az xəbər verir ki, görüş Fransanın Evian-le-Ben şəhərində baş tutan “Böyük yeddilik” sammiti çərçivəsində keçirilib.

Reuters”in məlumatına görə, Zelenski sammitdə Trampı Ukrayna ilə bağlı mövqeyini gücləndirməyə inandırmağa çalışır. Avropa liderləri də ABŞ administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı yanaşmasının Kiyevin maraqlarına uyğunlaşdırılmasını istəyirlər.

The Guardian” yazır ki, G7 liderlərinin gündəmində Ukrayna müharibəsi, Rusiya ilə mümkün danışıqlar, İran razılaşması və Yaxın Şərqdəki vəziyyət əsas mövzular sırasında yer alıb.

Fransa Prezidenti Emmanuel Makronun sammit çərçivəsində Tramp və Zelenski arasında daha sıx təmasların qurulmasına çalışdığı bildirilir. Bununla belə, rəsmi ikitərəfli Tramp-Zelenski görüşünün keçirilib-keçirilmədiyi barədə yekun məlumat açıqlanmayıb.

G7 sammiti iyunun 15-dən 17-dək Fransanın Evian-le-Ben şəhərində keçirilir. Sammitdə ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Kanada, Yaponiya və Avropa İttifaqının liderləri iştirak edir.