ABŞ Prezidenti Donald Tramp Federal Rezerv (Fed) üçün yeni namizədi rəsmi olaraq elan edib.
Tramp sosial media hesabından verdiyi açıqlamada Kevin Uorşu Fed İdarə Heyəti sədrliyinə namizəd göstərdiyini bildirib.
Tramp paylaşımında Uorşun hazırda Huver İnstitutunda iqtisad üzrə “Shepard Ailəsi Seçkin Müəllimi” kimi fəaliyyət göstərdiyini və Stenford Universiteti İşgüzar Məktəbində dərs dediyini vurğulayıb. Uorş, həmçinin “Duquesne Family Office” LLC-də investisiya meneceri Stenli Drakenmiller ilə əməkdaşlıq edir.
Prezident Uorşun təhsilinə də toxunaraq, onun Stenford Universiteti və Harvard Universitetinin hüquq fakültəsində tamamladığını xatırladıb. Tramp, Uorşun Fed tarixinin ən gənc üzvlərindən biri olduğunu və 2006-2011-ci illərdə bu qurumda xidmət etdiyini qeyd edib.
Qeyd edilir ki, Uorş daha əvvəl Beynəlxalq G20 səviyyəsində Fed təmsilçisi kimi çıxış edib və İngiltərə Mərkəzi Bankı üçün hazırladığı pul siyasəti islahatları təklifləri ingilis parlamentində maraqla qarşılanıb. Tramp onu “Fed tarixində ən böyük rəhbərlərdən biri” olacağına inandığını bildirib.
Bu qərar qlobal maliyyə bazarlarının diqqət mərkəzindədir və Uorşun seçimi bazarların istiqamətinə əhəmiyyətli təsir göstərə bilər.