Tramp: “Atəşkəs istəmirəm” – İranla bağlı sərt mesajlar

Donald Tramp İranla müharibə, Hörmüz boğazı və neft qiymətləri barədə sərt açıqlamalar verib. ABŞ prezidenti atəşkəs istəmədiyini bildirib.

16

Donald Tramp İranla bağlı hərbi əməliyyatlar və regional vəziyyət barədə sərt açıqlamalar verib. ABŞ prezidenti bildirib ki, mövcud şəraitdə atəşkəs elan etməyi düzgün hesab etmir.

“Iranı hərfi mənada məhv etdiyin bir vaxtda atəşkəs elan etmirsən”, – deyə Tramp vurğulayıb. O, əlavə edib ki, ABŞ artıq münaqişədə üstün mövqedədir: “Düşünürəm ki, biz qalib gəlmişik”.

Prezident İranın daxili siyasətinə də toxunaraq bildirib ki, ölkədə etirazlara görə gənclərin edam edilməsi narahatlıq doğurur.

Strateji əhəmiyyətli Hörmüz boğazı barədə danışan Tramp qeyd edib ki, ABŞ-ın bu marşruta birbaşa ehtiyacı yoxdur: “Avropa, Koreya, Yaponiya və Çin buna daha çox ehtiyac duyur və onlar bu prosesə cəlb olunmalıdır”.

O, həmçinin bildirib ki, boğazın açılması “sadə hərbi manevr” ola bilər, lakin bunun üçün böyük miqyaslı dəstək lazımdır. Tramp bu məsələdə NATO-nun roluna da işarə edərək alyansın daha fəal olmalı olduğunu qeyd edib.

İsraillə koordinasiya məsələsinə toxunan ABŞ prezidenti bildirib ki, İsrail ilə məqsədlər üst-üstə düşür: “Biz qələbə istəyirik”.

İrana quru qoşun yeridilməsi ehtimalına münasibət bildirən Tramp ictimai dəstəyin yüksək olduğunu iddia edib və bunun qərarverməyə təsir etdiyini vurğulayıb.

Enerji bazarları ilə bağlı danışan prezident qeyd edib ki, bu addımlar fonunda neft qiymətlərinin daha çox artacağını gözləsə də, proses fərqli inkişaf edir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026