Texnologiya milyarderlərinin yeni trendi: bəzilərinin 100-dən çox uşağı var

İlon Mask, Pavel Durov və çinli milyarder Xu Bo kimi texnologiya liderləri miraslarını genişləndirmək üçün çoxsaylı uşaqlar sahibi olurlar — yeni “miras ordusu” trendi yüksəlir.

42

Texnologiya dünyasında milyarder şirkət rəhbərlərinin çoxsaylı uşaqları ilə “miras ordusu” yaratma trendi diqqət çəkir. “Pronatalist” adlanadırılan bu yeni trend, genetik mirası davam etdirmək və ətraflarındakı nüfuzu genişləndirmək məqsədilə ər və ya həyat yoldaşı olmadan böyük ailələr yaratmaqla xarakterizə olunur.

“Tesla” və “SpaceX”-in rəhbəri İlon Mask bu yanaşmanı açıq şəkildə nümayiş etdirən ilk texnologiya lideridir. Maskın müxtəlif partnyorlarla birgə 12-13 uşağı olduğu bildirilir. Maskın ilk həyat yoldaşı Custiniya Uilson ilə altı uşağı olub, onlardan biri erkən yaşda vəfat edib. Daha sonra musiqiçi Qrayms ilə üç övladı olub və “Neuralink” rəhbərindən də üç uşağı var.

Bir sıra başqa texnologiya milyarderlərinin də çoxlu uşağı var. Məsələn, Ceff Bezos (Amazon) və Larri Ellison (Oracle) – hərəsinin dörd uşağı var. Bill Qeyts (Microsoft) və Mark Zukerberq (Meta) isə hərəsi üç uşaq atasıdır.

“Teleqram” mesajlaşma platformasının qurucusu Pavel Durov bu tendensiyanı daha da irəli aparıb. O, son 15 ildə sperma ianəsi yolu ilə 12 ölkədə 100-dən çox uşağın doğulduğunu açıqlayıb. Durov həm bioloji, həm ianə yolu ilə doğulan bütün uşaqların mirasa haqqı olacağını və heç bir ayrıseçkilik etməyəcəyini bildirib.

Çinli iş adamı Xu Bo da bu trendlə gündəmə gələn başqa adlardan biridir. Təxminən 100-dən çox uşağa sahib olduğu iddia edilən Xu, ABŞ-də daşıyıcı ana vasitəsilə doğulmuş uşaqlar arasında öz varislərini yetişdirdiyini deyib. Xu Bo bəzi mənbələrə görə neftçilikdən sonra oyun sektorunda qurduğu imperiyanı gələcəkdə bu uşaqlar vasitəsilə idarə etməyi planlaşdırır.

Bu fenomen bir çox ekspert tərəfindən texnologiya liderlərinin nüfuz, sərvət və genetik izlərini maksimum səviyyədə saxlamaq istəyindən irəli gələn sosial trend kimi qiymətləndirilir. Bu istiqamətdə birləşən milyonerlər fertilizasiya texnologiyaları, sperma ianəsi və daşıyıcı ana kimi metodlardan faydalanaraq geniş ailə strukturları yaradırlar.