Tehranda reabilitasiya mərkəzinin rəhbəri saxlanılıb

İranda “Həmdəman” mərkəzinin rəhbəri SEPAH-ın tələbinə imtina etdikdən sonra saxlanılıb. Hadisə ilə bağlı rəsmi açıqlama yoxdur.

Tehranda əlilliyi olan yetim qızlar üçün fəaliyyət göstərən “Həmdəman” reabilitasiya mərkəzinin rəhbərinin saxlanıldığı bildirilir.

İddialara görə, bu barədə məlumatı müxalif “Iran International” yayıb. Məlumatda qeyd olunur ki, saxlanılma hadisəsi rəhbərin SEPAH əməkdaşlarının müəssisə ərazisində yerləşdirilməsi tələbinə imtina etməsindən sonra baş verib.

Bildirilir ki, SEPAH-ın təxminən 50 əməkdaşının mərkəzdə yerləşdirilməsi tələb olunub, lakin rəhbərlik bu tələbi qəbul etməyib. Mənbələrin iddiasına görə, saxlanılmazdan əvvəl qadına qarşı fiziki təzyiq də göstərilib.

Hazırda saxlanılan şəxsin harada saxlanıldığı və sağlamlıq vəziyyəti ilə bağlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bu məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib və yalnız müxalif media mənbələrinə istinad edir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.