Tehran BAEA müfəttişlərini nüvə obyektlərinə buraxmağa razıdır

ABŞ xüsusi nümayəndəsi Stiv Uitkoffun sözlərinə görə, İran BAEA müfəttişlərini nüvə obyektlərinə dəvət etməyə və zənginləşdirilmiş uranın yerini müəyyən etməyə imkan yaratmağa hazırdır.

6

Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərini öz nüvə obyektlərinə buraxmağa hazır olduğunu bildirib.

MSNews.az xəbər verir ki, “Associated Press” ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun qapalı brifinqdə qanunvericilərə verdiyi məlumata istinadən yazır ki, İran BAEA müfəttişlərini nüvə obyektlərinə dəvət etməyə razıdır.

Məlumata görə, agentlik Tehranın sərəncamında olan zənginləşdirilmiş nüvə materiallarının yerləşdiyi məkanları müəyyən etmək üçün işlərə başlaya bilər. Bu, İranın nüvə proqramı ilə bağlı nəzarət mexanizminin bərpası baxımından mühüm addım hesab olunur.

Uitkoff bildirib ki, bu məsələ Vaşinqtonla Tehran arasında razılaşdırılmış memorandumun əsas mətninə daxil edilməyib. Onun sözlərinə görə, Tehranla BAEA arasında ayrıca məktub layihəsi hazırlanıb və həmin sənəd BAEA baş direktoru Rafael Qrossiyə dəvətin göndərilməsini nəzərdə tutur.

“Reuters” daha əvvəl yazmışdı ki, BAEA İranın bəzi nüvə obyektlərinə tam çıxış əldə edə bilmir və Tehran yüksək zənginləşdirilmiş uranın hazırkı yeri barədə agentliyə tam məlumat verməyib.

Agentliyin məlumatına görə, Rafael Grossi İranı BAEA ilə yenidən konstruktiv əməkdaşlığa çağırıb. O bildirib ki, müfəttişlərin nüvə obyektlərinə çıxışı və materialların yoxlanılması beynəlxalq nəzarətin bərpası üçün vacibdir.

Hazırda müfəttişlərin konkret nə vaxt və hansı obyektlərə buraxılacağı rəsmi olaraq açıqlanmayıb. Buna görə də məlumat hələlik Uitkoffun qapalı brifinqdə verdiyi açıqlama və AP-nin mənbələrə istinadən yaydığı xəbər kimi qiymətləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.