Tayvanda Ay Yeni İli tədbirləri çərçivəsində Vumiao Məbədində keçirilən rəsmi görüş zamanı gözlənilməz hadisə baş verib. Dövlət Məbədinin rəhbəri Lin Pei-huo, mədə narahatlığı hiss edərək Uilliam Lai Çinq‑tenin yanında danışıq etdiyi zaman birdən halı pisləşib və prezidentin üstünə qusub. Bu anlar kameralara əks olunub və sosial mediada yayımlanıb.
Tədbir zamanı Tainan şəhərinin meri Huanq Vei-çe ilə birgə çıxış edən Lin, qısa müddət sonra ağzını əlilə tutaraq mədə bulanmasını gizlətməyə çalışsa da buna nail ola bilməyib. Hadisə baş verən kimi o, geriyə çəkilərək kameraların önündən uzaqlaşıb.
Sonradan açıqlama verən Lin Pei-huo bildirib ki, Norovirus şübhəsi ilə bu xoş olmayan hadisə baş verib və prezidentdən üzr istəyib. Onun hazırda sağlamlıq durumunun yaxşı olduğu bildirilib. Tədbir qısa fasilədən sonra planlaşdırıldığı kimi davam etdirilib.
Tayvanda bu cür gözlənilməz vəziyyət nadir hallarda baş verir və yayılan görüntülər minlərlər tərəfindən izlənilib. Bu hadisə bir çox televiziya və sosial media platformalarında gündəm yaradıb.