Soyuq iqlim və alkoqol: həqiqətən əlaqə varmı?

Soyuq iqlimdə yaşayan insanlar daha çox alkoqol qəbul etməyə meyllidir, çünki içki müvəqqəti istilik hissi yaradır. Lakin bu hiss aldadıcıdır və əslində bədənin daha tez soyumasına səbəb olur. Bununla yanaşı, qanunlar və dini inanclar da alkoqol istifadəsinə ciddi təsir göstərir.

19

ABŞ-da Pittsburq Universitetinin Tibb Məktəbinin mütəxəssislərinin araşdırmalarına görə, soyuq iqlimdə yaşayan insanlar daha çox alkoqol qəbul etməyə meylli olur və bu da qaraciyər xəstəliklərinin daha geniş yayılmasına səbəb ola bilər.

Bu yanaşma Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Meterologiya Təşkilatı tərəfindən də müəyyən dərəcədə dəstəklənir. Onların qiymətləndirmələrinə əsasən, iqlim və alkoqol istehlakı arasında statistik əlaqə mövcuddur.

Məsələ yalnız “soyuqda içmək xoşdur” kimi sadə izahla bitmir. Alkoqol qəbul edildikdə damarlar genişlənir və dərialtı qan axını artır. Bu, insanda müvəqqəti istilik hissi yaradır. Məhz buna görə, sərt qış şəraitində – məsələn, Sibirdə – alkoqol daha “rahatlaşdırıcı” kimi qəbul edilir. Halbuki isti iqlimlərdə, məsələn Sahara kimi bölgələrdə, bu effekt əksinə narahatlıq yarada bilər.

Amma burada vacib bir detal var: bu istilik hissi aldadıcıdır. Əslində, damarların genişlənməsi bədən istiliyinin daha sürətli itirilməsinə səbəb olur və hipotermiya riskini artırır. Yəni alkoqol soyuqda real istilik vermir, sadəcə hissi dəyişir.

Bununla yanaşı, alkoqol istifadəsinə təkcə iqlim təsir etmir. Qanunvericilik də mühüm rol oynayır. Məsələn, ABŞ daxilində müxtəlif ştatlarda alkoqol qanunları fərqli olduğuna görə istehlak səviyyəsi də dəyişir.

Digər mühüm faktor isə dini və mədəni təsirlərdir. Məsələn, islam dinində alkoqol qadağan olunduğu üçün müsəlman cəmiyyətlərində istehlak daha aşağı səviyyədə olur.

Nəticə olaraq, iqlim alkoqol istifadəsinə təsir edən amillərdən biridir, amma bu, tək faktor deyil. Sosial, hüquqi və mədəni şərtlər də ən az onun qədər önəmlidir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026