Norveç şahzadəsi Mette-Maritin fotoşəkili gündəmi silkələyir

Norveç şahzadəsi Mette-Maritin Ceffri Epşteyinin Floridadakı malikanəsində olduğu iddia edilən fotoşəkili və ortaya çıxan yazışmalar krallıq ailəsi üzərində sərt tənqidə səbəb olub.

17

Yeni açıqlanan Ceffri Epşteyn sənədləri və fotoşəkillərində Norveç şahzadəsi Mette-Maritin də ad və görüntülərinin yer alması dünya gündəmini silkələyib.

Sənədlərdə göstərildiyinə görə, şahzadənin 2013-cü ildə Epşteynin Florida ştatındakı malikanəsində dörd gün müddətində qaldığı, onunla yüzlərlə e-poçt yazışması apardığı və adı minlərlə dəfə sənədlərdə keçdiyi bildirilir. Buna əlavə olaraq, yayılan fotolarda şahzadənin malikanədə olanda yarısoyunmuş vəziyyətdə olduğu iddia edilir ki, bu da Norveç və beynəlxalq ictimaiyyətdə geniş müzakirə doğurub.

Norveç Krallıq Sarayı qonaqlamanı təsdiqləyərək, bunun ortaq tanış vasitəsilə baş verdiyini açıqlayıb, lakin yayılan şəkillər və detallarla bağlı əlavə izahat verməyib. Təpkilərin artması nəticəsində Mette-Marit yazılı bəyanatla çıxış edərək, Epşteyn ilə əlaqələrinin “pis qərar nəticəsi” olduğunu etiraf edib və qarşılaşdığı tənqidlərə görə üzr istəyib.

Bu skandal, Norveç krallığı üzərindəki ictimai təzyiqləri daha da gücləndirir. Öz növbəsində, şahzadənin oğlu Marius Borg Høibynin davam edən cinsi zorakılıq və istismar iddiaları ilə bağlı məhkəmə prosesi də eyni vaxta təsadüf edir ki, bu da krallıq ailəsinin nüfuzuna ciddi təsir göstərir.