Şimali Koreyada Yeni İl tədbiri: Kim Çen In qızı ilə xalqı salamladı

Şimali Koreya lideri Kim Çen In Pxenyanda Yeni il mərasimində qızı Kim Ju Ae ilə birlikdə vətəndaşları salamlayıb. O, 2025-ci ilin nailiyyətlərini qeyd edib, 9-cu Partiya Konqresini vurğulayıb.

Şimali Koreyanın rəhbəri Kim Çen In ölkə paytaxtı Pxenyanda Yeni il tədbirlərində qızı Kim Ju Ae ilə birlikdə görünüb və xalqı salamlayıb. Bu barədə ölkənin rəsmi xəbər agentliyi KCNA məlumat yayıb. 

Pxenyanda keçirilən tədbir fişəng atəşləri, vətənpərvər mahnılar, rəqslər və taekvondo nümayişini əhatə edib. Fotosəkillərdə Kim Çen In və qızı uşaqlarla sarmaş-dolaş olduğu, birgə oturduğu və əl-ələ tutduğu görünür.

Kim Çen In çıxışında 2025-ci ildə xalqın “uğurlar və fövqəladə dəyişikliklər” əldə etdiyini vurğulayıb və milli birliyin vacibliyini qeyd edib. O, həmçinin yaxınlaşan Şimali Koreya İşçi Partiyasının 9-cu Konqresinin ölkənin növbəti beş il üçün strategiyasını müəyyən edəcəyini bildirib.

Rəsmi məlumatlara görə, KCNA bu çıxışında həmçinin 2025-ci ildə Ukrayna münaqişəsində Rusiya tərəfində döyüşən Şimali Koreya hərbçilərinə də Yeni il salamı ünvanlandığını yazıb. Kim onları “ölkənin ən böyük gücü və qüruru” adlandırıb və təhlükəsiz geri qayıtmalarını diləyib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.