SEPAH Dubayda “Oracle” data mərkəzinə zərbə endirdiyini iddia edir

SEPAH Dubayda "Oracle" data mərkəzinə hücum etdiyini açıqlayıb. BƏƏ-də son 24 saatda raket və PUA hücumları nəticəsində ölən və yaralananlar var.

27

SEPAH Dubayda yerləşən “Oracle” şirkətinə məxsus data mərkəzinə zərbə endirdiyini açıqlayıb. Bununla belə, hücum faktı və dəyən ziyanın miqyası hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bundan əvvəl SEPAH mart ayının əvvəlində “Amazon” şirkətinin “Amazon Web Services” (AWS) data mərkəzlərinə qarşı Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ərazilərində də zərbələr endirdiyini bildirmişdi.

“Oracle” və BƏƏ rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkə ərazisinə 19 ballistik raket və 26 dolaşan döyüş sursatı tətbiq olunub. Hücumlar nəticəsində iki hərbçi və bir mülki podratçı həlak olub, 191 nəfər yaralanıb.

Nazirlik həmçinin bildirib ki, döyüş əməliyyatları başlayandan bəri ölkənin hava hücumundan müdafiə sistemləri 2038 pilotsuz uçuş aparatı, 19 qanadlı raket və 457 ballistik raketi zərərsizləşdirib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.