SAXAL və Mossad arasında İranla bağlı qarşılıqlı ittihamlar dərinləşir

"Walla"-nın məlumatına görə, İsrailin təhlükəsizlik sistemində SAXAL və Mossad arasında İran rejiminin davamlılığı ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Hərbi dairələr kəşfiyyatın ilkin qiymətləndirmələrini tənqid edir. 

9

İsrailin təhlükəsizlik sistemində İranla müharibənin gedişi fonunda daxili gərginliyin artdığı bildirilir. “Walla” nəşrinin məlumatına görə, İsrail Müdafiə Ordusunun (SAXAL) bəzi təmsilçiləri Mossadı İran rejiminin dayanıqlığını düzgün qiymətləndirməməkdə ittiham edir.

Məlumata əsasən, hərbi dairələrdə belə hesab olunur ki, Mossad Tehrandakı hakimiyyətin daha sürətli zəifləyə və ya süqut edə biləcəyini proqnozlaşdırıb. Bu ssenari İran rəhbərliyinin əsas fiqurlarına qarşı zərbələr, idarəetmə strukturlarının sıradan çıxarılması və rejim daxilində daxili qarışıqlığın dərinləşməsi ehtimalı ilə əlaqələndirilib.

“The Times of Israel” “Walla”-ya istinadən yazır ki, Mossad rəhbəri David Barnea siyasi rəhbərliyə əməliyyatın məqsədləri yerinə yetiriləcəyi təqdirdə İran daxilində etirazların yenidən alovlana biləcəyini çatdırmışdı.

Lakin məlumatda qeyd olunur ki, bu gözləntilər özünü doğrultmayıb. İran ağır itkilər versə də, rejim dağılmayıb və idarəetmə sistemi fəaliyyətini davam etdirib. “Walla”-ya görə, bu fonda Mossadın ilkin qiymətləndirmələri ilə bağlı hərbi çevrələrdə narazılıq formalaşıb. “i24NEWS” da yazır ki, müharibədən üç həftə sonra İran rəhbərliyi zəifləsə də, hələ də nəzarəti əlində saxlayır.

Mossad isə bu ittihamları qəbul etmir. “Walla”-nın yazdığına görə, əməliyyatın hazırlanmasında iştirak edən mənbələr iddia edir ki, kəşfiyyat heç vaxt rejimin sürətli süqutuna zəmanət verməyib. Onların sözlərinə görə, David Barneanın təqdim etdiyi qiymətləndirmələrdə ehtiyat payı olub və mümkün nəticələrin aylar, hətta daha uzun müddət tələb edə biləcəyi bildirilib. The Times of Israel” də vurğulayır ki, Barnea öz qiymətləndirmələrini qeyd-şərtlərlə təqdim etmişdi və prosesin uzun çəkə biləcəyini qeyd etmişdi.

Məlumata görə, İsrail daxilindəki bu gərginlik yeni deyil. Təhlükəsizlik sistemində Mossad və hərbi qurumlar arasında rəqabət və əməliyyatların nəticələrinə görə qarşılıqlı ittihamlar əvvəlki kampaniyalar dövründə də müşahidə olunub. Hazırda isə İranla bağlı əməliyyatların siyasi və hərbi nəticələri fonunda bu ziddiyyətlər daha görünən xarakter alıb.

ABŞ kəşfiyyatının son qiymətləndirmələri də İran rejiminin hələlik dağılmaq riski ilə üz-üzə olmadığını göstərir. “Reuters”-in məlumatına görə, ABŞ kəşfiyyat hesabatlarında İran rəhbərliyinin zərbələrə baxmayaraq hələ də nəzarəti saxladığı qeyd olunur. Bu, İsrail daxilində Mossadın ilkin yanaşmaları ətrafında yaranan müzakirələri daha da gücləndirib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026