Şakira DÇ-2026 üçün “Dai Dai” mahnısını təqdim etdi

Şakira 2026-cı il futbol üzrə dünya çempionatı üçün “Dai Dai” adlı yeni mahnının tizerini yayımlayıb. Trekdə ona nigeriyalı musiqiçi Burna Boy da qoşulub.

84

Kolumbiyalı müğənni Şakira 2026-cı il futbol üzrə dünya çempionatı üçün hazırlanan yeni rəsmi mahnının tizerini yayımlayıb. “Dai Dai” adlanan trekdə ona nigeriyalı Afrobeats ulduzu Burna Boy da qoşulub. Şakira mahnıdan bir dəqiqəlik fraqmenti Rio-de-Janeyrodakı məşhur “Marakana” stadionundan təqdim edib.

MSNews.az xəbəri “Associated Press”-ə istinadən verir.

Məlumata görə, Şakira sosial şəbəkə paylaşımında “Marakana stadionundan DÇ-2026-nın rəsmi mahnısı ‘Dai Dai’” ifadəsini işlədib və Burna Boyu da qeyd edib. Mahnının tam versiyasının 14 mayda yayımlanacağı bildirilir.

Bu, Şakiranın dünya çempionatları ilə bağlı növbəti böyük musiqi layihəsidir. O, daha əvvəl 2010-cu il mundialının məşhur “Waka Waka” mahnısı ilə qlobal hit yaratmış, 2014-cü il Braziliya dünya çempionatı dövründə isə “La La La” treki ilə futbol azarkeşlərinin yaddaşında qalmışdı.

“Dai Dai”nin Latın pop və Afrobeats elementlərini birləşdirəcəyi gözlənilir. Burna Boyun iştirakı mahnıya Afrika ritmləri qatmaqla yanaşı, DÇ-2026-nın qlobal atmosferini daha da gücləndirir. 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

 

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.