Roma Papası XIV Leonun ağciyərində bədxassəli şiş aşkarlanıb

Roma Papası XIV Lev oktyabrın 13-də İtaliyanın Cemelli xəstəxanasında ağciyər əməliyyatı keçirib. Vatikan əməliyyatın uğurlu olduğunu təsdiqləyib. “Associated Press”in məlumatına görə, pontifikə ağciyər xərçəngi diaqnozu qoyulub.

49

Roma Papası XIV Leo İtaliyanın paytaxtı Romada ağciyərindən uğurlu əməliyyat keçirib. Pontifikin ağciyərində aşkarlanan törəmə cərrahi müdaxilə ilə çıxarılıb. Son məlumatlara görə, törəmənin bədxassəli olduğu müəyyən edilib.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” və “Associated Press” agentlikləri məlumat yayıblar.

Vatikanın rəsmi açıqlamasına əsasən, əməliyyat oktyabrın 13-də Romadakı Aqostino Cemelli Universitet Xəstəxanasında həyata keçirilib.

Əməliyyata xəstəxananın döş qəfəsi cərrahiyyəsi üzrə mütəxəssisi professor Stefano Marqaritora rəhbərlik edib.

Vatikan bildirib ki, cərrahi müdaxilə planlaşdırıldığı qaydada, uğurla başa çatıb və Papa əməliyyatdan sonra palatasına qaytarılıb.

“Associated Press” agentliyinin yaydığı məlumata görə, 71 yaşlı XIV Leoya ağciyər adenokarsinoması — ağciyər xərçənginin bir növü diaqnozu qoyulub.

Agentlik bildirir ki, əməliyyat zamanı Papanın sağ ağciyərinin aşağı payı çıxarılıb. Cərrahi müdaxilə təxminən 90 dəqiqə davam edib və ağırlaşma qeydə alınmayıb.

Əlavə müalicəyə ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün çıxarılan limfa düyünlərinin də müayinəsi nəzərdə tutulur.

XIV Leo oktyabrın 11-də çıxışı zamanı ağciyərində kiçik törəmənin erkən mərhələdə aşkarlandığını açıqlamışdı.

O, həkimlərin tövsiyəsi ilə əməliyyat olunmağa qərar verdiyini bildirmişdi.

Vatikanın məlumatına əsasən, Papanın xəstəxanada təxminən bir həftə qalması gözlənilir. Onun oktyabrın 20-dək nəzərdə tutulan ictimai görüşləri ləğv edilib.

Pontifikin noyabrın 6–17-də Uruqvay, Argentina və Peruya planlaşdırılan səfərinin isə hələlik təxirə salınmadığı bildirilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.