“Qarabağ” bu gün “Nyukasl” ilə qarşılaşır

48

Bu gün Azərbaycan futbolu üçün tarixi günlərdən biridir. Qarabağ FK UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxır. Ağdam təmsilçisi bu mərhələdə ilk dəfə mübarizə apararaq İngiltərənin “Nyukasl Yunayted” klubunu Bakıda qəbul edir.

Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Qarşılaşmanı Norveçdən olan referi Espen Eskås idarə edəcək.

Komandalar arasında cavab matçı Mərkəzi Avropa vaxtı ilə 24 fevral saat 21:00, Bakı vaxtı ilə isə 25 fevral saat 00:00-da keçiriləcək.

Liqa mərhələsində “Qarabağ” 10 xalla 22-ci, “Nyukasl” isə 14 xalla 12-ci pilləni tutub. Bu cütün qalibi 1/8 finalda Barselona və ya Çelsi ilə qarşılaşacaq.

Çempionlar Liqası, pley-off mərhələsi (ilk oyun)
🕘 21:45 – “Qarabağ” (Azərbaycan) vs “Nyukasl” (İngiltərə)

Hakimlər:
Baş hakim: Espen Eskos
Köməkçilər: Yan Erik Enqan, İsak Elias Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad

VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler