Qanadan Türkiyəyə: Pul qarşılığında yas tutan qadınlar

Dünyanın bəzi yerlərində yas mərasimlərində pul qarşılığında ağlayan qadınlar fəaliyyət göstərir. Qanadadan Türkiyəyə uzanan bu maraqlı ənənə insanların ölüm mərasimlərində sevgi və diqqəti göstərmək üçün tətbiq olunur.

17

Dünyanın bir çox yerlərində, o cümlədən Qanada fərqli, eyni zamanda, təəccüb doğuracaq peşələr mövcuddur.

Professional olaraq, yas tutmaq Qanada çox populyardır. Ümumiyyətlə, Qanada ölən adamın arxasınca nə qədər çox adam ağlayırsa, bu, onun o qədər məşhur olduğunu və sevildiyini göstərir.

Bu qadınlar, Qanada çoxunun ölən insana necə yas tutacağını bilmədiyinə görə, bu işlə məşğul olduqlarını söyləyirlər. Ami Dokli adlı xanımın dediyinə görə, həyat yoldaşı dünyasını dəyişəndən sonra bu işlə məşğul olmağa qərar verib. Onlar dəfn mərasiminə çağrılarkən, olk öncə cənazənin böyüklüyünə baxıb qiymət dediklərini, həmçinin sakit ağlamağın, ağı deməyin və ya özünü yerə vuraraq ağlamağın fərqli qiymətləri olduğunu bildirirlər.

1985-ci ildə Türkiyədə də Ali Öztürk adlı şəxs tərəfindən yas mərasimlərində ağlamaq üçün 300 nəfərlik dərnək qurulub. Onlardan 30-u sırf ağlaşma üçün, qalanı isə məclisdə qələbəlik yaratmaq üçün fəaliyyət göstərirdilər. Onlar pulu olan, ancaq sevəni olmayan, ya da makiyajının pozulmasını istəməyən qadınların həyat yoldaşlarının cənazələrinə gedir və 300 tl qarşılığında ağlayırdılar.