Prezident İlham Əliyev 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib. Gəlirlər 38,6 milyard, xərclər isə 41,7 milyard manat təşkil edir. Büdcə defisiti 3,09 milyard manat səviyyəsində müəyyənləşdirilib.

185

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib.

Sənədə əsasən, gələn ilin büdcə gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon 600 min manat səviyyəsində müəyyən olunub.

Gəlirlərin strukturu belədir: mərkəzləşdirilmiş gəlirlər 37 milyard 850 milyon 192 min manat, yerli gəlirlər isə 758 milyon 808 min manat təşkil edir. Xərclərin strukturu isə mərkəzləşdirilmiş xərclər üzrə 40 milyard 943 milyon 945 min manat, yerli xərclər üzrə 759 milyon 655 min manat olaraq müəyyən edilib.

Dövlət büdcəsinin maksimal defisiti 3 milyard 094 milyon 600 min manat həddində müəyyənləşdirilib.

2026-cı ilin büdcəsi ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, prioritet sahələrə və investisiya layihələrinə yönəldilməsi baxımından əsas maliyyə sənədi rolunu oynayacaq.

Sənədin tam mətnini buradan əldə etmək mümkündür:

2026-cı ilin Dövlət Büdcəsi

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930