Ceyhun Bayramov Kiyevdə Kirilo Budanovla görüşüb

Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanovla Azərbaycan–Ukrayna münasibətlərini, təhlükəsizlik məsələlərini və əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

111

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə Ukrayna Prezident Ofisinin rəhbəri, ölkənin hərbi kəşfiyyatının sabiq rəhbəri Kirilo Budanovla görüşüb.

MSNews.az xəbər verir ki, görüşdə Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoq və yüksək səviyyəli təmasların müsbət qiymətləndirildiyi bildirilib. Tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Regional və beynəlxalq təhlükəsizlik mühiti, mövcud geosiyasi proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər regional sabitlik və təhlükəsizlik məsələlərində dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşlə bağlı yayılan məlumatda Budanovun Azərbaycanla münasibətlərin Ukrayna üçün əhəmiyyətini qeyd etdiyi, Bakıya humanitar dəstəyinə, prinsipial və ardıcıl mövqeyinə görə təşəkkürünü bildirdiyi vurğulanır. Kirilo Budanov 2026-cı ilin yanvarından Ukrayna Prezident Ofisinə rəhbərlik edir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.