Polşalı məşhur kahin Andjej meditativ vəziyyətə keçərək gələcəklə bağlı verdiyi proqnozları ilə yenidən gündəmə gəlib. Onun iddiasına görə, yaxın illərdə Yer kürəsi ard-arda baş verəcək güclü təbii fəlakətlərin episentrinə çevriləcək.
Andjejin sözlərinə əsasən, planet getdikcə daha çox dağıdıcı zəlzələlərə məruz qalacaq və bu zəlzələlər nəhəng alov və tüstü sütunları ilə müşayiət olunacaq. O, proqnozlarında qeyd edir ki, yaranacaq dərin çatlar və yer yarılmaları nəticəsində bir sıra böyük şəhərlər — o cümlədən Daşkənd, Nyu-York və Braziliya — tamamilə məhv ola bilər.
Kahinin iddiasına görə, dağıntılardan xilas olan şəhərlər belə təhlükədən kənarda qalmayacaq. Güclü geoloji proseslər və su basmaları nəticəsində Los-Anceles başda olmaqla bir çox ərazilər su altında qala bilər. Hətta Kaliforniyanın ABŞ-ın materik hissəsindən ayrılacağı da proqnoz edilir.
Andjej həmçinin bildirir ki, Norveç və İsveçrə su altında qalacaq, İtaliya isə bir neçə ada halına parçalanacaq. Onun daha bir iddiasına görə, Aralıq dənizi gələcəkdə dəniz statusunu itirərək böyük bir gölə çevriləcək.
Kahin proqnozlarının ən qorxunc hissələrindən biri isə səmanın tam qaranlığa qərq olunmasıdır. O, insanların yalnız ildırım çaxmaları ilə işıq görəcəyi qaranlıq bir dövrün başlaya biləcəyini söyləyib.
Mütəxəssislər bu kimi proqnozları psevdosiyasi və mifoloji çərçivədə qiymətləndirir, elmi əsaslarının olmadığını bildirirlər. Bununla belə, Andjejin dedikləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
MSNews.az