İran dövlət mediasının yaydığı görüntülərə görə, prezident Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasını təhlükəsizlik baxımından möhkəmləndirilmiş, sığınacağı xatırladan bir məkanda keçirib. Yayılan kadrlarda mavi örtüklərlə örtülmüş, qapalı və sadə interyerli zal görünür. Bu görüntülər İran sosial mediasında geniş müzakirə doğurub və istifadəçilər məkanı bunker tipli sığınacaqla müqayisə ediblər.
Məlumatı MSNews.az “The Times of İndia”ya istinadən verir.
Məlumatın vacib detalı budur ki, bu toplantı bəzi paylaşımlarda təqdim edildiyi kimi təsdiqlənmiş şəkildə “Xameneinin ölümündən sonrakı ilk kabinet iclası” kimi yox, daha çox “yeni fars ilində kabinetin ilk iclası” kimi təsvir olunur. “Al Jazeera” isə bunu müharibənin başlanmasından sonra keçirilən kabinet toplantısı kimi təqdim edib.