SEPAH-ın “Fatihin” komandirinin öldürüldüyü bildirilir
İranın “Defa Press” agentliyi SEPAH-ın “Fatihin” bölməsinin komandiri Məhəmməd Əli Fəthəlizadənin çərşənbə günü hücum nəticəsində öldüyünü yazıb. Xəbər hələ əsasən İran mənbələrinə söykənir.
Pezeşkian Nazirlər Kabinetini bunkerə bənzər zalda topladı
İran prezidenti Məsud Pezeşkianın kabinet iclasını sığınacağı xatırladan məkanda keçirməsi sosial mediada geniş müzakirələrə səbəb olub. Görüntülər təhlükəsizlik narahatlıqlarını yenidən gündəmə gətirib.