“Miss Universe 2025” qalibi qalmaqal fonunda elan edildi

Meksikalı Fatima Boş Fernandes qalmaqallı "Miss Universe 2025" müsabiqəsinin qalibi oldu.

48

Tailandın paytaxtı Banqkokda keçirilən 74-cü “Miss Universe” müsabiqəsində Meksikanı təmsil edən Fatima Boş Fernandes qalib elan olunub.

25 yaşlı model yarışın ən diqqətçəkən iştirakçılarından biri olub. O, müsabiqə zamanı təşkilatçılardan biri tərəfindən açıq şəkildə tənqid olunmasına qarşı çıxaraq zalı tərk etmiş, bu isə beynəlxalq qalmaqala səbəb olmuşdu.

Hadisədən sonra bir sıra iştirakçılar, o cümlədən əvvəlki ilin qalibi ona dəstək verərək həmrəylik nümayiş etdirmişdi. Daha sonra təşkilatçı tərəf baş verənlərə görə üzr istəmək məcburiyyətində qalmışdı.

Yarışın finalında Tailand təmsilçisi Praveenar Sinqh ikinci, Venesueladan Stefani Abasali isə üçüncü yeri tutub.

Praveenar Sinqh
Stefani Abasali

Qələbəsindən sonra çıxış edən Bosch bildirib ki, o, “Miss Universe” obrazını dəyişən və səmimi insan kimi xatırlanmaq istəyir.

Ekspertlər qeyd edir ki, bu ilki müsabiqə yalnız gözəllik yarışı deyil, həm də qadınların öz hüquqlarını müdafiə etməsi baxımından simvolik hadisə kimi yadda qalıb.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026