Miller Ukraynaya silahları da qaytarmağı təklif etdi

Polşanın keçmiş baş naziri Leşek Miller Zelenskinin "Ağ Qartal" Ordenini qaytarması fonunda Ukraynanın Polşadan aldığı MiQ qırıcıları, tanklar və silahları da geri verməli olduğunu bildirib.

10

Polşanın keçmiş baş naziri Leşek Miller Ukrayna ilə Polşa arasında orden qalmaqalı fonunda Kiyevə ünvanlanan sərt açıqlama verib.

MSNews.az xəbər verir ki, “Polsat News” Millerin Ukrayna rəsmilərinin Polşa dövlət mükafatlarını qaytarmasını tənqid etdiyini yazıb. Keçmiş baş nazir bildirib ki, əgər Ukrayna tərəfi aldığı mükafatları qaytarırsa, Polşadan aldığı hərbi texnikanı da geri verməlidir.

“Əgər hamı bizdən aldıqlarını qaytarmağa bu qədər həvəslidirsə, qoy aldıqları MiQ-ləri, tankları və silahları da qaytarsınlar”, — deyə Miller “Polsat News” efirində bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” Ordenini Varşavaya geri qaytarıb. Buna səbəb Polşa Prezidenti Karol Navrotskinin Ukrayna ordusunun bölmələrindən birinə UPA ilə bağlı ad verilməsinə etiraz olaraq Zelenskini bu ordenlə təltif etmək qərarını ləğv etməsi olub.

“Polsat News”un məlumatına görə, Zelenskiyə dəstək əlaməti olaraq Ukraynanın bir sıra keçmiş və hazırkı rəsmiləri də Polşa dövlət mükafatlarından imtina ediblər. Onlar arasında Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko və Pyotr Poroşenko da göstərilir.

“Reuters” isə Polşa Baş naziri Donald Tuskun bu qalmaqalı “strateji səhv” adlandırdığını bildirib. Tusk xəbərdarlıq edib ki, belə siyasi mübahisə həm Polşa, həm də Ukrayna üçün iqtisadi, geosiyasi və reputasiya baxımından zərərli ola bilər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti