Mikels qardaşları Ruanda millisindən dəvət aldı

“Sabah”, “Zirə” və “Karvan-Yevlax” klublarında çıxış edən Mikels qardaşları Ruanda millisinin “FIFA Series” turniri üçün açıqlanan genişləndirilmiş heyətinə çağırılıb.

79

Azərbaycan Premyer Liqasında çıxış edən Mikels qardaşları – Joy-Lans Mikels, Leroy-Jake Mikels və Joy-Slayd Mikels – Ruanda milli komandasının “FIFA Series” turniri üçün açıqlanan genişləndirilmiş heyətinə daxil ediliblər.

Hazırda qardaşlardan Coy-Lans Mikels “Sabah” FK, Leroy Mikels “Zirə” FK, Coy-Slayd Mikels isə “Karvan Yevlax” klubunda çıxış edir. Beləliklə, Azərbaycanın müxtəlif klublarında oynayan üç futbolçu eyni vaxtda Ruanda millisinin düşərgəsinə dəvət alaraq diqqət çəkib.

Coy-Lans Mikels

Mikels qardaşları Almaniyada doğulublar və futbol təhsilini “Borussia Münxenqladbax” klubunun akademiyasında alıblar. Onların atası Konqo Demokratik Respublikasından, anaları isə Ruandadandır və bu səbəbdən futbolçular Ruanda millisində çıxış etmək hüququna malikdirlər.

Leroy Mikels

Əkiz qardaşlar Coy-Lans və Coy-Slayd 1994-cü ildə Almaniyanın Ziqburq şəhərində anadan olublar, kiçik qardaş Leroy isə 1995-ci ildə dünyaya gəlib. Üçü də gənclik illərində eyni komandada – “Borussia Münxenqladbax”ın U-19 heyətində birlikdə oynayıblar və peşəkar karyeralarını müxtəlif Avropa klublarında davam etdiriblər.

Coy-Slayd Mikels

Coy-Lans Mikels son illərdə Azərbaycan Premyer Liqasında “Sabah”ın əsas hücumçularından biri kimi tanınır və klubla Azərbaycan kubokunu qazanıb. Leroy Mikels isə Almaniya və Bolqarıstan klublarında çıxış etdikdən sonra Azərbaycan çempionatına gəlib və hazırda “Zirə”nin heyətində oynayır. Coy-Slayd Mikels isə 2025-ci ildə “Karvan-Yevlax” klubuna transfer olunub və hücum xəttində çıxış edir.

“FIFA Series” turniri FIFA tərəfindən milli komandaların hazırlıq oyunları keçirməsi üçün təşkil olunan beynəlxalq layihədir və burada əsasən müxtəlif qitələrdən komandalar iştirak edir. Bu turnir Ruanda millisinin yeni oyunçuları sınaqdan keçirməsi baxımından da mühüm imkan hesab olunur.