Çölün ortasında nəhəng rezerv: Mərakeşdə külçə-külçə qızıl tapıldı

Mərakeşin Milli Hidrokarbonlar və Mədənlər Ofisi cənubdakı El-Verma, Celva və İmtalan-Tiçla bölgələrində yüksək sıxlıqlı qızıl yataqlarının aşkarlandığını açıqlayıb. 2025-ci ildə 44 yeni mədənçilik layihəsi başlayıb və ölkə beynəlxalq əməkdaşlıqlarla mədən sektorunu regional gücə çevirməyi hədəfləyir.

109

Mərakeşin cənub çöl bölgələrində aparılan mədənçilik araşdırmaları nəticəsində yüksək sıxlıqlı qızıl yataqlarına rast gəldiyini açıqlayıb. 

Ölkənin Milli Hidrokarbonlar və Mədənlər Ofisi (ONHYM) tərəfindən verilən açıqlamaya görə, El-Verma, Celva və İmtalan-Tiçla bölgələrində aparılan işlər “ümidverici” nəticələrlə başa çatıb. ONHYM qeyd edir ki, bu ilin geoloji tədqiqatları nəticəsində sözü gedən ərazilərdə yüksək sıxlıqlı qızıl göstəriciləri müəyyən edilib. Toplanan məlumatlar bölgənin gələcəkdə önəmli bir mədənçilik mərkəzi ola biləcəyini göstərir. 

2025-ci ildə 44 yeni mədənçilik layihəsi başladıldı 

Təşkilat bildirib ki, 2025-ci il ərzində aparılan araşdırmalar yalnız qızılı deyil, həmçinin digər dəyərli metallar, sənaye mineralları və enerji resurslarını əhatə edib. Ölkə üzrə cəmi 44 yeni mədənçilik layihəsi başladılıb və bu layihələr xüsusilə mədən potensialı yüksək ərazilərdə cəmləşdirilib. 

Mərakeş mədənçilikdə regional mərkəz olmağı hədəfləyir 

ONHYM açıqlamasında vurğulayıb ki, Mərakeş mədənçilik potensialını artırmaq məqsədilə beynəlxalq əməkdaşlıqlara yönəlib. Bu çərçivədə şimaldakı Nador və cənubdakı Bucedur bölgələrində fəaliyyət göstərəcək beynəlxalq mədən şirkətləri ilə yeni müqavilələr imzalanıb. 

Ölkə rəhbərliyi bildirib ki, bu əməkdaşlıqlar ölkənin təbii resurs potensialını qiymətləndirməkdə vacib addımdır və mədənçilik sektorunu regional səviyyədə strateji güc halına gətirməyi hədəfləyir. 

Bölgə iqtisadiyyatına töhfə gözlənilir 

Rəsmi şəxslər qeyd edirlər ki, aşkar edilən yeni rezervlər həm milli iqtisadiyyata, həm də regional inkişafa mühüm töhfə verəcək. Gələcəkdə araşdırmaların daha geniş ərazilərə yayılacağı, xüsusilə cənub bölgələrinin qızıl və nadir metal tədqiqatlarında prioritet olacağı bildirilib.