Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyini ziyarət edib, muzeyə “Azərxalça”nın beş nadir xalçadan ibarət kolleksiyası hədiyyə olunub.

24

Aprelin 6-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub. Muzeydə Gürcüstan tarixinin müxtəlif dövrlərinə aid eksponatlar nümayiş etdirilir. Rəsmi məlumatda bildirilir ki, ziyarət Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində baş tutub. 

Ziyarət zamanı Mehriban Əliyeva muzeyin “Gürcüstanda Daş dövrü” ekspozisiyası ilə tanış olub. Həmin bölmədə ölkədə aşkara çıxarılmış ən mühüm arxeoloji irs nümunələri, o cümlədən Dmanisidə tapılmış təxminən 1,8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri təqdim olunur. “Arxeoloji xəzinə” ekspozisiyasında isə eramızdan əvvəl III minillikdən eramızın IV əsrinə qədərki dövrə aid nadir zərgərlik məmulatları sərgilənir.

Ekspozisiyalarla tanışlıqdan sonra Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə “Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” adlı kolleksiya hədiyyə edilib. Məlumata görə, kolleksiyaya “Naxçıvan”, “Açma-yumma”, “Qarabağ”, “Ovçuluq” və “Pazırık” xalçalarının müasir interpretasiyaları daxildir. Muzey rəhbərliyi bu hədiyyəyə görə minnətdarlığını bildirib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930