Afrika futbolunun məşhur azarkeşlərindən biri – “Lumumba” ləqəbli Konqo Demokratik Respublikası millisinin fanatı yenidən diqqət mərkəzinə düşüb. Afrika Millətlər Kuboku zamanı qeyri-adi davranışı ilə tanınan fanat bu dəfə də fərqli performans göstərib.
Məlumata görə, o, Konqo DR yığmasının Yamayka millisi ilə keçirdiyi pley-off oyunu zamanı stadionda ola bilməyib. Fanata Meksikaya viza verilmədiyi üçün o, qarşılaşmanı Kinşasa şəhərində böyük ekranda izləməyə məcbur olub.
Buna baxmayaraq, “Lumumba” ənənəsinə sadiq qalıb – o, oyunun bütün müddəti ərzində avtobusun kapotu üzərində eyni pozada dayanaraq komandasına dəstək verib.

Onun bu davranışı sosial mediada geniş yayılıb və azarkeş mədəniyyətinin ən fərqli nümunələrindən biri kimi dəyərləndirilib.