“Lumumba” ləqəbli fanat yenə gündəmdə

 Konqo DR fanatı “Lumumba” viza ala bilmədiyi üçün oyunu Kinşasada izləyib, lakin yenə də qeyri-adi dəstəyi ilə diqqət çəkib.

Afrika futbolunun məşhur azarkeşlərindən biri – “Lumumba” ləqəbli Konqo Demokratik Respublikası millisinin fanatı yenidən diqqət mərkəzinə düşüb. Afrika Millətlər Kuboku zamanı qeyri-adi davranışı ilə tanınan fanat bu dəfə də fərqli performans göstərib.

Məlumata görə, o, Konqo DR yığmasının Yamayka millisi ilə keçirdiyi pley-off oyunu zamanı stadionda ola bilməyib. Fanata Meksikaya viza verilmədiyi üçün o, qarşılaşmanı Kinşasa şəhərində böyük ekranda izləməyə məcbur olub.

Buna baxmayaraq, “Lumumba” ənənəsinə sadiq qalıb – o, oyunun bütün müddəti ərzində avtobusun kapotu üzərində eyni pozada dayanaraq komandasına dəstək verib.

Onun bu davranışı sosial mediada geniş yayılıb və azarkeş mədəniyyətinin ən fərqli nümunələrindən biri kimi dəyərləndirilib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.