Lavrov: “Hüquqa əsaslanan dünya nizamı bitdi, artıq güclünün sözü keçir”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov beynəlxalq sistemdə “hüquqa əsaslanan dünya nizamının” artıq mövcud olmadığını və bunun yerinə “güclünün hüququ”nun keçərli olduğunu bildirib. Lavrov çoxqütblü dünyanın formalaşdığını vurğulayır.

24

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün mətbuat konfransında 2025-ci il üzrə Rusiya diplomatiyasının yekunlarını açıqlayıb və bir sıra vacib bəyanatlar verib.

Lavrovun çıxışı “hüquqa əsaslanan dünya nizamının” artıq keçmişdə qaldığını və beynəlxalq münasibətlərin “güclünün hüququ” prinsipi əsasında qurulduğunu vurğulayıb.

Lavrov bildirib ki, ABŞ və Qərb ölkələri qloballaşmanın əsasını öz qaydaları ilə formalaşdırmaq istəyir, lakin Çin bu qaydalar çərçivəsində ticarət, iqtisadiyyat, investisiyalar və infrastruktur layihələrində qərbli rəqiblərini üstələyib. O, ABŞ-ın Venesuela və Kubaya qarşı hərbi müdaxilələrini və Latın Amerikada təhdid siyasətini tənqid edib.

Nazir qeyd edib ki, Avropa liderləri və NATO, o cümlədən baş katib Mark Rutten Rusiyaya qarşı hərbi hazırlıqda ciddi niyyət göstərir. Lavrov Avropa İttifaqının üzvlərini əməkdaşlıqda “ya o, ya bu” seçimi qarşısında qoymaq cəhdlərini də sərt tənqid edib və bildirib ki, Aİ-nin bu siyasəti onun sonunu gətirə bilər.

Bundan başqa, Lavrov Balkanlarda ABŞ ilə dialoqa hazır olduqlarını, Böyük Avrasiya tərəfdaşlığının təşviqiniümummilli, bərabər və bölünməz təhlükəsizlik arxitekturasının yaradılması təşəbbüsünü davam etdirəcəklərini açıqlayıb. O, ATƏT-in vəziyyətini kritik qiymətləndirərək, təşkilatın özünü “dəfn etməsinə imkan verməyəcəklərini” deyib və burada hələ də sağlam düşüncəli ölkələrin mövcud olduğunu vurğulayıb.

Ukrayna məsələsinə toxunan Lavrov bildirib ki, ABŞ bu münaqişənin ilkin səbəblərini başa düşməyə hazır olan yeganə Qərb ölkəsidir. Lavrov həmçinin ABŞ-ın “Sülh Şurası” təşəbbüsü ilə bağlı konkret təkliflər aldığını və bu addımın Vaşinqtonun əməkdaşlıq üçün ölkələr qrupunu toplamaq ehtiyacını əks etdirdiyini bildirib.

Lavrovun yekun fikri isə beynəlxalq siyasətin “kim güclüdürsə, o da haqlıdır” prinsipinə keçdiyi yönündə olub. O, həmçinin qeyd edib ki, Rusiya xarici müstəvidə dürüst razılığa gəlmək istəyən hər kəslə işləməyə hazırdır.