Parisdə ABŞ‑ın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra İsrail, Suriya və Amerika Birləşmiş Ştatları yeni bir təhlükəsizlik və koordinasiya mexanizmi yaratmaq barədə razılığa gəlib. Bu, uzun illər boyu gərgin münasibətlərdə nadir addımlardan biridir.
İsrail mətbuatının məlumatına görə, Parisdə keçirilən görüşlərdən sonra Tel‑Əviv, Dəməşq və Vaşinqton arasında üç tərəfli kommunikasiya və koordinasiya mexanizmi qurulması gündəmə gətirilib. Mexanizmin əsas məqsədi kəşfiyyat mübadiləsi, hərbi gərginliyin azaldılması, diplomatik əlaqələrin gücləndirilməsi və mümkün ticarət imkanlarının qiymətləndirilməsidir.
Yeni yaradılacaq mexanizm Amerika Birləşmiş Ştatlarının nəzarəti altında fəaliyyət göstərəcək və tərəflər arasında meydana çıxa biləcək yalnış anlaşılmaların dərhal həllini təmin etməyi hədəfləyir.
Bundan başqa, görüşlər zamanı tibb, enerji və kənd təsərrüfatı kimi sivil sahələrdə əməkdaşlıq imkanlarının də müzakirə olunduğu bildirilir, lakin bu sahələr üzrə hələlik dəqiq fəaliyyət planı açıqlanmayıb.
Bu təşəbbüs, regionda illərlə davam edən gərginlik fonunda, rəsmi dialoqun bərpası və münasibətlərin normallaşdırılması istiqamətində atılmış növbəti diplomatik addım kimi qiymətləndirilir.
İsrail və Suriya rəsmiləri arasında Parisdə aparılan danışıqlar, həmçinin kəşfiyyat mübadiləsi və hərbi gərginliyin azalması üçün birgə strukturun təsis olunması ilə nəticələnib. Bu struktur çərçivəsində tərəflər münaqişə risklərini aşağı salmaq, ictimai təhlükəsizlik sahəsində əlaqələri gücləndirmək və diplomatik vasitəçiliyi təmin etmək niyyətindədirlər.