Münhendə diqqət çəkən Suriya masası

Münhen Təhlükəsizlik Konfransında ABŞ və Suriya rəsmiləri, həmçinin SDQ komandanı eyni masada görüşüb. Paylaşılan foto “yeni başlanğıc” mesajı ilə gündəm olub.

169

Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ və Suriya rəsmiləri arasında diqqət çəkən görüş baş tutub. Görüşdə ABŞ dövlət katibi Marko Rubio, Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani və Suriyanın Demokratik Qüvvələrinin (SDQ) komandanı Mazlum Abdi iştirak edib.

Müzakirələr zamanı Suriyanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizlik məsələləri ön plana çıxarılıb. ABŞ tərəfi İŞİD-lə mübarizə və regional sabitlik istiqamətində dəstəyini bir daha ifadə edib.

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak görüşdən çəkilmiş fotonu “Bir şəkil min kəlməyə bərabərdir – yeni bir başlanğıc” sözləri ilə paylaşaraq diqqətləri bu görüşə yönəldib.

Sosial mediada sürətlə yayılan görüntü beynəlxalq ictimaiyyətdə Suriyada mümkün siyasi proseslərlə bağlı yeni mərhələnin başlaya biləcəyi barədə şərhlərə səbəb olub.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.