İsrail ordusunda psixoloji böhran: Qəzza əməliyyatları əsgərləri intihara sürükləyir

Qəzza xətti hücumlarına qatılan İsrail əsgərləri ciddi psixoloji travmalar yaşayır. 61 əsgərin intihar etdiyi bildirilib, orduda psixoloji dəstək yetərli deyil.

74

“Haaretz” qəzeti xəbər verir ki, Qəzza xəttində baş verən hücumlara qatılan İsrail ordusunun əsgərləri ciddi psixoloji travmalar yaşayır. 8 oktyabr 2023-cü ildən bəri intihar edən əsgərlərin sayı 61-ə çatıb.

Ehtiyatda olan əsgər Tomer Badani bildirir ki, öldürülmüş əsgərlərin cəsədlərinin identifikasiyasında çalışarkən dəhşətli səhnələrə şahid olub və bu, onu intihara sürükləyən düşüncələrə səbəb olub. Başqa əsgərlər, o cümlədən 31 yaşlı Naveh Amsalem və 21 yaşlı qadın əsgər Leam Haika, gördükləri ağır səhnələr nəticəsində yuxusuzluq, stres, panik atak və ani qəzəb kimi simptomlarla üzləşdiklərini bildirib.

Məlumatlarda vurğulanır ki, İsrail ordusunda əsgərlərə psixoloji dəstək yetərli səviyyədə verilmir və bu, orduda böhranı daha da dərinləşdirir. 2023-cü ilin oktyabrından başlayaraq İsrailin hücumları nəticəsində 70,668 fələstinli həlak olub, 171,152 nəfər yaralanıb.