İraqda “Həşd əş-Şaabi” qərargahına zərbə endirilib

İraqın Ənbar vilayətində “Həşd əş-Şaabi” qərargahına hava zərbəsi endirilib. Reuters-in məlumatına görə, azı 15 nəfər ölüb, 30 nəfər yaralanıb. 

7

İraqın Ənbar əyalətində İranpərəst “Həşd əş-Şaabi” qruplaşmasının qərargahına endirilən hava zərbəsi nəticəsində yüksək rütbəli hərbçilər həlak olub.

“Reuters” agentliyinin yaydığı məlumata görə, zərbə nəticəsində azı 15 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Ölənlər arasında qruplaşmanın Ənbar üzrə əməliyyat komandiri Səəd əl-Baici də var. Bildirilir ki, hücum zamanı qərargahda yüksək rütbəli komandirlərin toplantısı keçirilirmiş.

Məlumata əsasən, zərbə “Həşd əş-Şaabi”nin Ənbar vilayətində yerləşən komanda məntəqəsinə endirilib. Qruplaşma bununla bağlı yaydığı açıqlamada hücum zamanı şəxsi heyətin xidmətdə olduğunu bildirib.

“Həşd əş-Şaabi” İraqda əsasən şiə yarımhərbi qrupları birləşdirən və rəsmi olaraq dövlətin təhlükəsizlik strukturuna inteqrasiya olunmuş silahlı koalisiyadır. Onun tərkibində İrana yaxın qrupların da yer aldığı bildirilir.

Qeyd edək ki, bəzi mənbələrdə ölənlər arasında qruplaşmanın kəşfiyyat rəhbəri Vaseq əl-Fartusi və təhlükəsizlik xidmətinin rəisi Heydər əl-Maurinin də adı çəkilsə də, bu məlumat “Reuters”-in xəbərində təsdiqlənmir.

Agentliyin yaydığı materialda yalnız Ənbar üzrə əməliyyat komandiri Səəd əl-Baicinin öldürüldüyü açıq şəkildə qeyd olunur.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026