İranda Təbii Sərvətlər Təşkilatının komandiri öldürüldü

İranda Təbii Sərvətlər Təşkilatının mühafizə bölməsinin komandiri polkovnik Məcid Zəkəriyaei hücum zamanı aldığı ağır yaralardan sonra vəfat edib.

19

İranın Təbii Sərvətlər və Su Hövzələrinin İdarə Olunması Təşkilatının mühafizə bölməsinin komandiri, polkovnik Məcid Zəkəriyaei aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.

Bu barədə MSNews.azFarsnews“-a istinadən xəbər verir. Məlumata əsasən, o, bir gün əvvəl təşkilatın qərargahına edilən hücum zamanı ağır yaralanmışdı və 30 mart axşamı xəstəxanada vəfat edib.

İran mediası hücumun ABŞ və İsrail tərəfindən həyata keçirildiyini iddia edir. Yerli mənbələr bildirir ki, Zəkəriyaeinin ölümü ilə hadisə nəticəsində həlak olan təşkilat əməkdaşlarının sayı artıb. Bu məlumat hazırda əsasən İranın rəsmi və yarırəsmi media qurumlarının yaydığı xəbərlərə əsaslanır.