İran və Misir milli komandaları 2026-cı il Dünya Çempionatının Sietldə keçiriləcək matçının LGBT icmasına dəstək məqsədilə “Qürur Matçı” adlandırılması planına etiraz edib.
İran Futbol Federasiyasının rəhbəri təşəbbüsü sərt şəkildə tənqid edərək, bunu “qeyri-rasional” və siyasi motivli adlandırıb. O, matçın Sietl Qürur Həftəsonu çərçivəsində keçirilməsinin Tehranda narazılıq yaratdığını qeyd edib. İran qanunvericiliyinə görə homoseksuallıq ölüm cəzası ilə cəzalandırılır, Misirdə isə əxlaq qanunları homoseksuallığı qadağan edir.
Hər iki milli komanda rəsmi etirazlarını açıqlayaraq, oyunun FIFA tərəfindən planlaşdırılan formatına qarşı apellyasiya şikayəti verəcəklərini bəyan edib. İranın dövlət telekanalı da təşəbbüsü sərt şəkildə tənqid edib.
Bu hadisə, 2026-cı il Dünya Çempionatı öncəsi futbol arenasında LGBT dəstəyi və dini-mədəni dəyərlər mövzusunda yaranan gərginliyi ortaya qoyur.
Qeyd edək ki, futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatının qruplarının püşkatması 5 dekabr tarixində keçirilib, İran və Misir komandaları Belçika və Yeni Zelandiya yığmalarının da yer aldığı “G” qrupunda qərarlaşıblar.
Püşkatmanın nəticələrinə əsasən qruplar aşağıdakı kimidir: