İran XİN Naxçıvan hücumunda iştirakını təkzib, SEPAH isə təsdiq etdi

İran Xarici İşlər Nazirliyinin müavini Qaribabadi Naxçıvan hava limanına hücumla bağlı Tehranı ittiham edən xəbərləri rədd edib, lakin SEPAH hücumun Tehran tərəfindən həyata keçirildiyini təsdiqləyib.

252

İran Xarici İşlər Nazirliyinin müavini Qaribabadi Naxçıvan hava limanına hücumla bağlı Tehranı ittiham edən xəbərləri təkzib edib.

İranın Xarici İşlər Nazirliyinin müavini Mohammad Qaribabadi “AnewZ” telekanalına verdiyi müsahibədə bildirib ki, “İran qonşu ölkələrə hücum etmir. Bu hadisə ətraflı araşdırma tələb edir”. O, İran İslam Respublikasının müdafiə strategiyasının seçici xarakter daşıdığını, hücumların yalnız İran əleyhinə hərbi baza yerləşdirən ölkələri hədəf ala biləcəyini vurğulayıb.

Buna baxmayaraq, İran İnqilab Keşikçiləri Korpusu müvafiq bəyanatı təkzib edərək, Naxçıvana edilən hücumun Tehran tərəfindən həyata keçirildiyini təsdiqləyib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.