İran ordusunda azərbaycanlı hərbçilər xidmətdən imtina edir? – İDDİA

İran–ABŞ–İsrail gərginliyi fonunda İran ordusunda xidmət edən azərbaycanlı hərbçilərin xidmətdən imtinası barədə məlumatlar yayılıb. Rəsmi təsdiq hələ yoxdur.

321

İran–ABŞ–İsrail xəttində gərginliyin artdığı bir vaxtda İran Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı hərbçilərin ordu sıralarını tərk etməsi ilə bağlı məlumatlar yayılıb.

Yerli mənbələrin bildirdiyinə görə, bəzi ailələr İran hökumətinin siyasəti nəticəsində başlanan müharibədə yaxınlarının həyatını riskə atmamaq üçün onların geri qayıtmasına israr edirlər. İddialara əsasən, xüsusilə rəsmi Tehranın Türkiyə və Azərbaycan Respublikasına qarşı səsləndirdiyi sərt və təhdid xarakterli bəyanatlar azərbaycanlı hərbçilər arasında narazılığı artırıb.

Məlumatlarda qeyd olunur ki, 11-ci Marağa Artilleriya Qrupunda xidmət edən hərbçilərin müəyyən hissəsi xidmət yerlərini tərk edib.

Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.