İran–ABŞ–İsrail xəttində gərginliyin artdığı bir vaxtda İran Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı hərbçilərin ordu sıralarını tərk etməsi ilə bağlı məlumatlar yayılıb.
Yerli mənbələrin bildirdiyinə görə, bəzi ailələr İran hökumətinin siyasəti nəticəsində başlanan müharibədə yaxınlarının həyatını riskə atmamaq üçün onların geri qayıtmasına israr edirlər. İddialara əsasən, xüsusilə rəsmi Tehranın Türkiyə və Azərbaycan Respublikasına qarşı səsləndirdiyi sərt və təhdid xarakterli bəyanatlar azərbaycanlı hərbçilər arasında narazılığı artırıb.
Məlumatlarda qeyd olunur ki, 11-ci Marağa Artilleriya Qrupunda xidmət edən hərbçilərin müəyyən hissəsi xidmət yerlərini tərk edib.
Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.