İran dünya çempionatı oyunlarını Meksikada keçirmək istəyir

İran Futbol Federasiyası təhlükəsizlik səbəbi ilə 2026-cı il Dünya Çempionatında ABŞ-da keçirilməli olan oyunların Meksikaya köçürülməsi üçün FIFA ilə danışıqlar aparır.

20

İran Futbol Federasiyası 2026-cı il futbol üzrə dünya çempionatında milli komandanın oyunlarının ABŞ ərazisində deyil, Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparır. Bu barədə federasiyanın prezidenti Mehdi Tac məlumat verib.

MSNews.az-ın məlumatına görə, İran tərəfi bu addımı oyunçuların təhlükəsizliyi ilə bağlı narahatlıqlarla izah edir. İran və ABŞ arasında yaranan hərbi gərginlikdən sonra Tehranda milli komandanın ABŞ-da oynaya bilməyəcəyi ilə bağlı açıqlamalar səsləndirilib.

ABŞ prezidenti Donald Tramp də ötən həftə İran komandasının turnirdə iştirak edə biləcəyini desə də, təhlükəsizlik səbəbi ilə onların ABŞ-da oynamasının uyğun olmaya biləcəyini bildirib.

Hazırkı təqvimə görə, İran yığması qrup mərhələsində iki oyunu Los-Ancelesdə, bir oyunu isə Sietldə keçirməlidir. İranın “G” qrupunda rəqibləri Belçika, Misir və Yeni Zelandiyadır.

Meksika prezidenti Klaudiya Şeynbaum isə bildirib ki, FIFA razılıq verərsə, ölkəsi İranın oyunlarına ev sahibliyi etməyə hazırdır.

Ekspertlərin fikrincə, oyunların ABŞ-dan Meksikaya köçürülməsi turnirin logistikasına ciddi təsir göstərə bilər. Buna baxmayaraq, təhlükəsizlik və siyasi səbəblərə görə beynəlxalq idman yarışlarında belə qərarların verilməsi əvvəllər də baş verib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026