“İlk Göktürk” filmi 2026-cı ilin yazında izləyicilərə təqdim ediləcək

“İlk Göktürk” filmi 2026-cı ilin yazında "HBO Max"-də yayımlanacaq. Alper Çağların rejissorluğu ilə çəkilən film Bumın və İstemi xaqanların həyatını, Göytürk dövlətinin quruluşunu və qədim türk tarixini epik şəkildə təqdim edir.

“İlk Göktürk” filmi 2026-cı ilin yazında tamaşaçıların ixtiyarına veriləcək.

Türklərin tarix səhnəsinə ilk dəfə “türk” adı ilə çıxdığı dövrü və Göytürk dövlətinin qurucu qardaşları Bumın və İstemi xaqanların həyatını qardaşlıq və birlik mövzusu üzərindən təsvir edən “İlk Göktürk” filmi 2026-cı ilin yazında tamaşaçıların ixtiyarına veriləcək.

Alper Çağların ssenarisini yazdığı və rejissoru olduğu film “HBO Max” platformasında nümayiş olunacaq. Filmdə Volkan Keskin, Arif Diren, Murat Serezli, Esra Kılıç, Gaziza Tanşolpan Tleubay, Sungho Choi, Mert Öcal və digər tanınmış aktyorlar rol alır.

Esra Kılıç filmdə 17 yaşında peşəkar bozqır sui-qəsdcisinə çevrilən Aybala obrazını canlandırdığını bildirib:

“Aybala ağır uşaqlıq yaşayıb, soyuqqanlı bir döyüşçüyə çevrilib. Sonra əmisi ilə çıxdığı yolçuluq onun daxili dəyişimini göstərir.”

O, çəkilişlərin çətin hava və mühit şərtlərində aparıldığını, kostyumların və hava dəyişikliklərinin onları çətinləşdirdiyini deyib.

Murat Serezli isə filmə 2021-ci ildə dəvət aldığını, ssenarini oxuyarkən çox təsirləndiyini bildirib:

“4-5 saatlıq oxunuşda o qədər təsirləndim ki, sonunda ağladım. Dərhal qəbul etdim.”

Serezli rol üçün ciddi hazırlıq gördüyünü vurğulayıb: O, 3 il ərzində saç və saqqal uzadıb, oxçuluq, atçılıq, Göytürk tarixi və Göytürk dili dərsləri alıb, plastik makiyaj üçün İngiltərədə xüsusi qəliblər hazırlanıb. Oynadığı obrazın həm bilici, həm şəfaçı, həm də Göytürk inanc sistemini təmsil edən bir qam olduğunu bildirib:

“İslamiyyətdən əvvəl türklərdə tək tanrı inancının olduğunu, Tenqrizmi göstəririk. Bu, mənim üçün həm şərəf, həm də böyük məsuliyyətdir.”

Volkan Keskin Bumın Xaqan rolunu canlandırır. O, layihəyə sürpriz şəkildə dəvət edildiyini və çəkilişlərin çox intensiv keçdiyini deyib:

“Burada zaman anlayışım belə dəyişdi. Çəkiliş texnikası da, proses də çox fərqlidir.”

“İlk Göktürk – Önsöz”də bu hadisələr təsvir olunur:

Avarlara əsir olaraq xidmət edən Bumının uzun illər boğduğu azadlıq arzusu Avar hökmdarının xəyanətindən sonra alovlanır. Qardaşı İstemi və bilicisi Alagar ilə birlikdə başladığı üsyan göytürklərin tarixi səhnəyə yenidən dönüşünün əsasını qoyur və bir xalqın azadlıq dastanını yazır.

MSNews.az

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.