Gənc yazarın həyatı film olur – FOTOLAR

Oğuz Ayvazın ideya və ssenari müəllifi olduğu “Ağ vərəq” qısametrajlı filmi yazıçının “ilk cümlə sindromu”ndan və yaradıcı insanın daxili mübarizəsindən bəhs edir.

226

Tezliklə “Ağ vərəq” adlı yeni qısametrajlı bədii film tamaşaçılara təqdim olunacaq.

MSNews.az xəbər verir ki, filmin ideya və ssenari müəllifi Oğuz Ayvaz, təsvir rejissoru Tural Fikrətoğludur.

Filmdə Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar Mədəniyyət işçisi Aslan Fətullayev də çəkilib.

Ekran işi yazıçının “ilk cümlə sindromu”ndan bəhs edir. Süjetə əsasən, baş qəhrəman hekayəsinin ilk cümləsini yaza bilmədiyi üçün daxili sarsıntılar yaşayır. Hadisələrin inkişafı onun yaradıcılıq axtarışları və daxili mübarizəsi üzərində qurulub.

Filmin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Müəllif filmin əsas məqsədinin yaradıcı insanların daxili dünyasını göstərmək olduğunu vurğulayıb.

Qeyd edək ki, filmin çəkilişləri Sumqayıt şəhərində aparılıb. Ekran işinin yerli tamaşaçılarla yanaşı, müxtəlif qısametrajlı film festivallarına da təqdim olunması planlaşdırılır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930