Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası istiqamətində görülən işlərlə tanış olublar.
MSNews.az xəbər verir ki, dövlət başçısı və birinci xanım daha sonra kəndə köçən sakin Bəybala Qasımovun evində olublar.
Səfər çərçivəsində Prezident və birinci xanım Xanobaya qayıdan kənd sakinləri ilə görüş keçiriblər. Görüş zamanı bölgədə aparılan yenidənqurma və bərpa işlərinin əhəmiyyəti vurğulanıb.
Səfərin sonunda İlham Əliyev Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.














