İlham Əliyev Ümumdünya İqtisadi Forumunda iştirak üçün İsveçrəyə səfərə gəlib

Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfərə gəlib. Dövlət başçısını Sürix hava limanında rəsmi şəxslər qarşılayıblar.

347

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun (WEF) illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gəlib.

Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava limanında rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyevin Davosda keçiriləcək forum çərçivəsində bir sıra yüksəksəviyyəli görüşlər keçirməsi və qlobal iqtisadi məsələlərə dair müzakirələrdə iştirak etməsi nəzərdə tutulur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.