İlham Əliyev ŞƏT tədbirlərində iştirak etmək üçün Qırğızıstana səfər edib

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfərə gedib. Onu Bişkekdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə rəsmi şəxslər qarşılayıblar.

88

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfərə gedib.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet saytında məlumat verilib.

Prezident İlham Əliyevin təyyarəsi Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanına enib. Dövlət başçısının şərəfinə hava limanında fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

Rəsmi məlumatda səfərin əsas məqsədinin Şanxay Əməkdaşlıq Təşkilatının Qırğızıstanda keçirilən tədbirlərində iştirak olduğu bildirilib. Səfər çərçivəsində Azərbaycan Prezidentinin bir sıra görüş və tədbirlərdə iştirakı nəzərdə tutulur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.