İlham Əliyev ərazi bütövlüyünün qorunmasında fərqlənən şəxslərin təltif olunması barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan 41 şəxsin orden və medallarla təltif edilməsi barədə sərəncam imzalayıb. 

15

Prezident İlham Əliyev aprelin 7-də Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamla ümumilikdə 41 hərbi qulluqçu və hərbi vəzifəli şəxs müxtəlif orden və medallarla təltif olunub. Onlardan polkovnik-leytenant Məmmədov Azər Kərəm oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Bundan başqa, 12 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 21 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Rəsmi sənəddə mayorlardan gizirlərə, kapitanlardan ehtiyatda və istefada olan hərbi qulluqçularadək müxtəlif rütbələrdə şəxslərin adları yer alır.